“Türk filmində oynamaq istəyərəm” – ukraynalı futbolçunun xanımı FOTOLAR

Türkiyənin “Rizəspor” klubunun futbolçusu Nikolay Morozyukun həyat yoldaşı İrina Morozyuk maraqlı açıqlama verib.

Komanda.az xəbər verir ki, Türkiyə mətbuatına danışan İrina, yerli filmlərə çəkilmək istədiyini deyib:

“Rizəspor”un oyunlarının son dəqiqələri çox həyəcanlı keçir. Öz sağlamlığımı düşündüyüm üçün həyat yoldaşımın oyunlarının son dəqiqələrinə baxmıram. Çox gərgin matçlar olduğu üçün belə edirəm.

Ukraynada bir həvəskar klubda prezidentəm. İndi koronavirus pandemiyasına görə işlərimizə fasilə vermişik. Türkiyədən mənə hansısa filmdə oynamaq üçün təklif gəlməyib. Lakin alınsa, türk filmində oynamaq istəyərəm”.

Nikolay Morozyuk 2019-cu ildən “Rizəspor”da çıxış edir.