Turin klubu Musa Qurbanlı ilə maraqlanır

“Qarabağ”ın futbolçusu Musa Qurbanlı karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, 21 yaşlı forvard “Torino” klubunun maraq dairəsinə düşüb.

İddiaya görə, gənc hücumçunu Türkiyə təmsilçiləri də yaxından izləyir. Amma onun Turin klubuna keçidinin daha inandırıcı olduğu yazılıb. Bildirilib ki, “Torino” Azərbaycan millisinin baş məşqçisi Canni de Byazinin sayəsində Qurbanlının transferində üstünlük qazana bilər.

Eyni zamanda, klubun istedadlı oyunçunu heyətinə cəlb etmək üçün “Qarabağ”ı qane edəcək təklif göndərməli olduğu diqqətə çatdırılıb.

Musa Qurbanlının Ağdam təmsilçisi ilə müqaviləsi 2026-cı ilin yayına qədər nəzərdə tutulub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button