“Turan Tovuz”un yeni baş məşqçisi bəlli oldu

Bu gün “Turan Tovuz” klubunun Müşahidə Şurasının iclası keçirilib.

Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, müzakirələrdən sonra Müşahidə Şurasının üzvü Əfqan Talıbovun baş məşqçi vəzifəsinə namizədliyi irəli sürülüb.

Onun namizədliyi dəstəklənib və əsas komandaya baş məqçi təyin olunub. Talıbovla mövsümün sonunadək müqavilə imzalanıb. O, bu vəzifədə Rövşən Babayevi əvəzləyib.

Birinci divizionda çıxış edən Tovuz təmsilçisi 17 xalla 13 komanda arasında 10-cü pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button