“Turan Tovuz”da daha bir gürcü futbolçu

Qarşıdakı mövsümdən Premyer Liqada mübarizə aparacaq “Turan Tovuz” heyətinə yeni futbolçu cəlb edib. 

Komanda.az-ın əldə etdiyi məlumata görə, Tovuz təmsilçisi gürcüstanlı futbolçu Piruz Marakvelidze ilə anlaşıb. 27 yaşlı müdafiəçi ilə bu gün rəsmi müqavilə imzalanacaq.

 Marakvelidze son olaraq Gürcüstanın “Telavi” klubunda forma geyinib.

“Turan Tovuz” bu gün “Telavi”dən yarımmüdafiəçi İmeda Aşortianın da transferini gerçəkləşdirib.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button