“Turan Tovuz” ev oyunlarını günorta saatlarında keçirməli olacaq

“Turan Tovuz” Azərbaycan Premyer Liqasında ev oyunlarını günorta saatlarında keçirəcək.

Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, çempionatın 18-ci turunda “Araz-Naxçıvan”la oyun zamanı aşan işıqlandırma sistemi hələ düzəldilməyib. Problem həllini tapana qədər tovuzlular ev matçlarını günorta saatlarında keçirməli olacaqlar.

Klub qırılan projektorla bağlı da heç bir addım atmayıb, hazırda gözləmə mövqeyi tutur. Rəhbərlik bunun üçün aidiyyəti qurumlardan yekun rəy gözləyir.

Ötən il dekabrın 23-də keçirilən “Turan Tovuz” – “Araz-Naxçıvan” qarşılaşmasının gedişində Tovuz şəhər stadionunda işıq dirəklərindən biri aşıb. Bu səbəbdən matçın qalan dəqiqələri ertəsi gün oynanılıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button