
“İnter”in Türamla bağlı mövqeyi dəyişib
“İnter” yay transfer dövründə hücumçusu Markus Türamla bağlı mövqeyini dəyişib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Fransa millisinin üzvü artıq toxunulmaz futbolçu hesab olunmur və klub rəhbərliyi onun üçün gələcək təklifləri nəzərdən keçirməyə hazırdır. Bildirilir ki, uyğun təklif olacağı halda, forvardın qarşıdakı yayda satılması istisna edilmir.
“Transfermarkt” portalı 28 yaşlı oyunçunun dəyərini 60 milyon avro qiymətləndirir. Onun Milan təmsilçisi ilə müqaviləsinin müddəti 2028-ci ilin yayına qədərdir. Türamın adı daha əvvəl İngiltərə Premyer Liqası klublarından birinə mümkün transferlə bağlı xəbərlərdə hallanmışdı. O, cari mövsümdə bütün turnirlər daxil olmaqla keçirdiyi 32 oyunda 12 qol vurub və 5 məhsuldar ötürmə verib.
Bizi Facebook-da izləyin



