
Belçikalı futbolçunun “Arsenal”dakı gələcəyi sual altındadır
“Arsenal”ın vingeri Leandro Trossard yayda komandasını dəyişə bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, belçikalı futbolçunun “Arsenal”dakı gələcəyi sual altındadır. Bildirilir ki, oyunçu klubun növbəti mövsümlə bağlı planlarına daxil deyil.
Trossardın xidmətində “Atletiko” maraqlıdır. Bununla yanaşı, “Nyukasl”, “Aston Villa”, “İnter” və “Yuventus” da onu heyətinə qatmaq istəyən klublar arasındadır.
31 yaşlı futbolçu ötən mövsüm bütün turnirlərdə 50 matçda meydana çıxıb, 8 qol vurub və 11 məhsuldar ötürmə verib. Onun “Arsenal”la müqaviləsinin müddəti 2027-ci ilin yayına qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



