“Transfer bazarında səhv etməməliyik” – Konte

“Tottenhem”in baş məşqçisi Antonio Konte klubun planlarından danışıb. 

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, transfer bazarında səhv etməməli olduqlarını deyib:

“Kluba və rəhbərliyin etmək istədiyi şeylərə böyük hörmətim var. Amma eyni zamanda, bilirəm ki, bizim imkanlarımız fərqlidir. Biz düşünməliyik və transfer bazarında səhv etməməliyik”.

“Tottenhem” Premyer Liqada 11 oyundan sonra 23 xalla üçüncüdür.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button