Transfer bazarında Mançester derbisi

“Mançester Siti” və “Mançester Yunayted” “Nottingem Forest”in yarımmüdafiəçisi Elliot Anderson uğrunda mübarizəni davam etdirir.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Mançester Siti” 23 yaşlı futbolçunun transferi uğrunda yarışda əsas rəqibini qabaqlayır. Hər iki klub oyunçunu yay transfer dövründə heyətinə qatmağı planlaşdırır.

Bununla belə, Elliot şəxsi seçimində konkret mövqe sərgiləsə, daha əvvəl Antuan Semenyonun transferində olduğu kimi, “qırmızı şeytanlar” bu mübarizədən geri çəkilə və alternativ variantlara yönələ bilər.

İngiltərəli futbolçunun “Nottingem Forest”lə müqaviləsinin müddəti 2029-cu ilin ortalarına kimidir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button