“Traktor” xal itirdi, “Maşinsazi” yenə uduzdu

Futbol üzrə İran çempionatında 27-ci turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, Cənubi Azərbaycanı təmsil edən “Traktor”la “Maşinsazi” də növbəti matçına çıxıb.

“Maşinsazi” səfərdə “Saypa” ilə qarşılaşıb və məğlubiyyətlə üzləşib – 0:1.

Təbrizin digər təmsilçisi “Traktor” isə doğma meydanda “Paykan”la üz-üzə gəlib. Bu oyun heç-heçə başa çatıb – 0:0.

“Traktor” hazırda 46 xalla 16 kollektiv arasında 2-ci, “Maşinsazi” isə 27 xalla 11-ci pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button