“Traktor” finala yüksəldi

Futbol üzrə İran kubokunda yarımfinal mərhələsinin oyunları keçirilir.

Komanda.az xəbər verir ki, ilk yarımfinal görüşü Cənubi Azərbaycan təmsilçisi “Traktor”la “Naft MİS” arasında baş tutub.

Qarşılaşmanın taleyini bir qol həll edib. Minimal hesabla qələbə qazanan Təbriz klubu finala vəsiqə qazanıb – 1:0.

“Traktor” finalda “Persepolis” – “İstiqlal” matçının qalibi ilə üz-üzə gələcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button