“Tottenhem”in dərdi sabiq futbolçusunu da dilə gətirdi

“Tottenhem”in sabiq hücumçusu Yurgen Klinsmann İngiltərə klubunun hansı baş məşqçiyə ehtiyacı olması haqda danışıb.

Komanda.az ESPN-ə istinadən xəbər verir ki, almaniyalı sabiq futbolçu bunu deyib:

“Komandaya oyunçuları birləşdirə bilən mütəxəssis lazımdır. Bunu bacaran hər kəs nəticə əldə edə biləcək. Komandanın Premyer Liqadan düşmə riski ilə üzləşdiyini başa düşməliyik. Çox şey onların dözümlülük qabiliyyətindən və mübarizə aparmaq istəyindən asılı olacaq”.

“Tottenhem” İngiltərə Premyer Liqasının 29 oyunundan sonra 29 xalla turnir cədvəlində 16-cı yerdədir. Komanda növbəti oyununu martın 15-də, “Liverpul”a qarşı keçirəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button