“Tottenhem”in yeni baş məşqçisi müəyyənləşdi

“Tottenhem”in yeni baş məşqçisi bəlli olub.

Komanda.az xəbər verir ki, İngiltərə klubu italyan mütəxəssis Roberto De Zerbini “sükan arxasına” gətirib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

London klubu ilə 46 yaşlı mütəxəssis arasında uzunmüddətli müqavilə imzalanıb. O, daha əvvəl istefaya göndərilmiş xorvatiyalı İqor Tudoru əvəz edib.

“Tottenhem” İngiltərə Premyer Liqasının turnir cədvəlində 17-ci yerdədir və Premyer Liqadan düşmə zonasından bir xal yuxarıdadır.

De Zerbi isə bundan əvvəl məşqçi kimi bir sıra İtaliya klublarında, Ukrayna “Şaxtyor”unda və İngiltərə “Brayton”unda, Marsel “Olimpik”ində çalışıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button