Mourinyonun ilk hədəfi italyan oldu – 65 milyonluq büdcə

“Tottenhem”in yeni baş məşqçisi Joze Mourinyonun qış fasiləsində əsas transfer hədəfi məlum olub.

Komanda.az xəbər verir ki, portuqaliyalı mütəxəssis “Roma”dan Nikolo Zaniolonu Londona gətirmək istəyir. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.

“Tottenhem” Kristian Eriksenin komandadan ayrılacağı ehtimalına qarşı, 20 yaşlı yarımmüdafiəçini heyətinə qatmaq istəyir. “Roma” “Mançester Yunayted” və PSJ-nin də maraqlandığı Zaniolo üçün 80 milyon avro tələb edir.

“Tottenhem”in italiyalı yarımmüdafiəçi üçün 65 milyon avroluq büdcə hazırladığı bildirilir.

“Roma” ilə 2024-cü ilə qədər müqaviləsi olan Zaniolo, bu mövsüm 17 oyunda 5 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button