Premyer Liqa klubunun hədəfi – Oblak

“Tottenhem” “Atletiko”nun qapıçısı Yan Oblakla maraqlanır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Tottenhem” 29 yaşlı sloveniyalını komandanın hazırkı qapıçısı, 35 yaşlı Uqo Llorisin əvəzləyicisi kimi görür. 

Daha əvvəl futbolçuya “Mançester Yunayted”in də iddia etdiyi bildirilirdi.

Oblak cari mövsümdə “Atletiko”nun heyətində 6 matçda 6 qol buraxıb, 2 dəfə qapısını toxunulmaz saxlayıb. Qapıçının Madrid klubu ilə müqaviləsi 2028-ci ilin iyunun sonuna kimi qüvvədədir.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button