Mourinyodan nümunəvi addım FOTO

“Tottenhem”in baş məşqçisi Joze Mourinyo koronavirusa yoluxmuş yaşlı insanlara kömək edir.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Mourinyo Enfild bölgəsindəki yaşlı insanlara lazımı malların çatdırılmasında könüllü olaraq iştirak edir. Portuqaliyalı mütəxəssis xeyirxah addımıyla bağlı bunları deyib:

“Mən yaşlı insanlara kömək etmək üçün burdayam. Əlbəttə ki, onlara ərzaq məhsulları, pul və ya digər ehtiyacları olan şeyləri çatdırmaq lazımdır. Özləri təcrid olunub və bunu edə bilmirlər”.