“Yuventus” “Tottenhem”in təklifini qəbul etdi

“Yuventus”un futbolçusu Paulo Dibala üçün daha bir İngiltərə klubu hərəkətə keçib.

Komanda.az “Sky Sports”a istinadən xəbər verir ki, “Mançester Yunayted”in transfer təklifindən imtina edən futbolçu “Tottenhem”in hədəfindədir. London klubu argentinalı futbolçu üçün “qoca sinyora”ya 70 milyon avroluq təklif göndərib. “Yuventus”un bu təklifi qəbul etdiyi və Dibalanın da razılıq verəcəyi halda, bu transferin reallaşacağı bildirilir.

“Tottenhem”in baş məşqçisi Maurisio Poçettinonun da futbolçu ilə danışdığı və transfer üçün razı salmağa çalışdığı deyilir.

“Mançester Yunayted” və “Yuventus” futbolçunun transferi üçün razılığa gəlsə də, Dibala Turin klubundan ayrılmaq istəmədiyini bildirərək, bu təklifdən imtina etmişdi.

2015-ci ildən “Yuventus”un şərəfini qoruyan argentinalı futbolçu, son mövsümdə iştirak etdiyi 42 matçda 10 qol, 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button