“Tottenhem” 32 milyon avroluq futbolçunu gözləyir

Hollandiyanın PSV klubunun futbolçusu Steven Berqvin karyerasını İngiltərədə davam etdirməyə yaxındır.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, “Tottenhem” hollandiyalı sol cinah futbolçusunu heyətinə qatmaq niyyətindədir. Artıq tərəflərin futbolçunun transferi üçün razılığa gəldiyi bildirilir. Razılığa əsasən, London klubu futbolçu üçün qarşı tərəfə 32 milyon avro ödəyəcək. Berqvinin bu gün “Tottenhem” üçün tibbi müayinədən keçəcəyi bildirilir.

22 yaşlı futbolçu cari mövsümdə PSV-nin heyətində iştirak etdiyi 29 oyunda 6 qol, 13 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button