“Tottenhem”də qarışıqlıq: Futbolçular baş məşqçiyə etiraz edirlər

İngiltərə Premyer Liqasındakı uğursuz nəticələrinə görə müzakirə olunan “Tottenhem”də daha bir problem yaranıb.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, London klubunun futbolçuları baş məşqçi Maurisio Poçettinonun məşq metoduna etiraz edirlər. Onlar uğursuzluğun səbəbi kimi məşqlərin həddən artıq çox olmasını göstərirlər. Poçettinonun istirahət üçün az vaxt ayırması futbolçuların etirazına səbəb olur. Bundan başqa, oyunlardan sonra futbolçuların bazada qalmasını tələb edən baş məşqçinin onların boş vaxtının məhdudlaşdırması da komanda daxilində qarışıqlıq yaradıb.

Premyer Liqada keçirdiyi 8 turdan sonra 11 xal toplayan “Tottenhem”, turnir cədvəlinin 9-cü pilləsində qərarlaşıb.