
ÇL: “Problemlər o qədər çoxdur ki, onları izah etmək asan deyil”
“Tottenhem”in baş məşqçisi İqor Tudor UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda “Atletiko”ya 2:5 hesablı məğlubiyyətdən sonra komandasının vəziyyəti barədə danışıb.
Bu nəticə londonlular üçün bütün turnirlərdə ardıcıl 6-cı məğlubiyyət olub və klub tarixində antirekorda çevrilib. Komanda xorvatiyalı mütəxəssisin rəhbərliyi altında keçirdiyi 4 oyunun hamısında uduzub.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Tudor buna baxmayaraq, özünün “Tottenhem” üçün uyğun məşqçi olduğunu düşünür:
“Düşünürəm ki, “Tottenhem”in baş məşqçisi roluna uyğunam. Amma problemlər o qədər çoxdur ki, onları izah etmək asan deyil. Bütün bunlar klub daxilində həll olunmalıdır. Mən bu barədə jurnalistlərlə danışmaq niyyətində deyiləm”.
“Atletiko” ilə oyunda “Tottenhem”in qapıçısı Antonin Kinski buraxdığı səhvlərdən sonra 17-ci dəqiqədə əvəzlənib. Bu qərar matçın ən çox müzakirə olunan məqamlarından biri olub.
Bizi Facebook-da izləyin



