
İngiltərə klubu De Zerbiyə 5 illik müqavilə təklif edib
İqor Tudorla vidalaşan “Tottenhem” baş məşqçi postu üçün Roberto De Zerbi ilə danışıqları intensivləşdirib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, London klubunun rəhbərliyi “Marsel”in sabiq baş məşqçisinə müddəti beş il olan müqavilə təklif edib və ona güclü komanda qurmaq üçün uzunmüddətli plan təqdim edib.
Əvvəlki xəbərlərdə italiyalı mütəxəssisin mövsüm bitənə qədər heç bir klubun təklifini qəbul etmək istəmədiyi bildirilirdi. Ancaq yeni məlumatlara əsasən, o, “Tottenhem”in təklifini nəzərdən keçirməyə razıdır və yaxın saatların həlledici olacağı deyilir.
“Tottenhem” hazırda Premyer Liqada turnir cədvəlinin 17-ci pilləsində qərarlaşıb və düşmə zonasından cəmi 1 xal öndədir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



