
“Tottenhem” keçmiş baş məşqçisini geri qaytarmaq istəyir
“Tottenhem” sabiq baş məşqçisi Maurisio Poçettinonu yenidən komandaya gətirmək üçün plan hazırlamağa başlayıb.
Komanda.az xəbər verir ki, bu barədə “İndykaila News” məlumat yayıb.
Argentinalı mütəxəssisin təyinatı yaxın yayda reallaşa bilər. Klub rəhbərliyi hazırkı baş məşqçi Tomas Frankın komandaya uzunmüddətli perspektivdə uğur gətirə bilməyəcəyindən narahatdır.
Poçettino 2014–2019-cu illərdə “Tottenhem”i çalışdırıb və onun rəhbərliyi altında komanda UEFA Çempionlar Liqasının finalına qədər yüksəlib.
53 yaşlı mütəxəssis hazırda ABŞ milli komandasında çalışır. Bu ilin yayında ABŞ, Kanada və Meksikada dünya çempionatı keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



