
“Tottenhem” Palinya ilə bağlı tərəddüd edir
“Tottenhem”in yarımmüdafiəçisi Jоao Palinya mövsümün sonunda yenidən “Bayern”ə qayıda bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, London klubu icarə müqaviləsinin müddətinin başa çatmasından sonra portuqaliyalı futbolçunun transfer hüququnun alınmasına tərəddüdlə yanaşır.
Sözləşmədə 30 milyon avro qarşılığında satınalma şərti nəzərdə tutulsa da, hazırkı vəziyyətdə Palinyanın “Bayern”ə qayıtması daha real görünür.
30 yaşlı yarımmüdafiəçi “Tottenhem”in heyətində bütün turnirlər üzrə 29 oyuna çıxıb, 5 qol vurub və 3 məhsuldar ötürmə verib. Onun “Bayern”lə müqaviləsinin müddəti 2028-ci ilin yayına qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



