“Tottenhem” dəhşətli futbol oynayır”

“Liverpul”un sabiq müdafiəçisi, hazırda televiziya eksperti kimi çalışan Ceymi Karrager İngiltərə Premyer Liqasında “Tottenhem”in zəif çıxışını sərt tənqid edib.

Komanda.az “Sky Sports”-a istinadən xəbər verir ki, ingiltərəli mütəxəssis, London klubunun düşmə zonasına yaxınlaşmasına təəccübləndiyini bildirib:

“Mən inana bilmirəm, amma “Tottenhem” Premyer Liqanı tərk etməyə çox yaxındır. Onlar dəhşətli futbol oynayırlar. Londonlular hazırda bütün rəqiblər üçün çox rahat bir komandadır. Digər autsayderlərin isə hələ də üstün cəhətləri var”.

London komandası son turda səfərdə “Sanderlend”ə 0:1 hesabı ilə məğlub olub. Komanda hazırda Premyer Liqada turnir cədvəlinin 18-ci pilləsində – düşmə zonasında qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button