
Sabiq futbolçudan “Tottenhem” üçün həyəcan siqnalı
“Liverpul”un sabiq futbolçusu Ceymi Karrager “Tottenhem”in hazırkı vəziyyəti barədə sərt fikirlər səsləndirib.
London təmsilçisi İngiltərə Premyer Liqasında 26 turdan sonra turnir cədvəlinin 16-cı pilləsində qərarlaşıb və onları aşağı liqaya düşmə zonasından cəmi 5 xal ayırır.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Karrager, “Tottenhem”in ciddi təhlükə ilə üz-üzə olduğunu bildirib:
“Tottenhem” fəlakətin astanasındadır. Onlar Çempionşipə düşsələr, bu, Premyer Liqa dövrünün ən şokedici enişlərindən biri olacaq. Liqanı tərk etmələri tam real görünür”.
Baş məşqçi İqor Tudorun rəhbərlik etdiyi “Tottenhem” fevralın 22-də çempionatın lideri “Arsenal”la qarşılaşacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



