
Torres Madrid klubunun hədəfindədir
“Barselona”nın hücumçusu Ferran Torres bu yay İspaniyanın başqa klubuna keçə bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Atletiko” ispan futbolçu ilə maraqlanır.
Torresin “Barselona” ilə müqaviləsinin müddəti 2027-ci ilin iyun ayının sonunda başa çatacaq. O, bu mövsüm La Liqada 32 oyunda meydana çıxıb, 16 qol vurub və 1 məhsuldar ötürmə edib. 26 yaşlı futbolçunun “transfermarkt”da bazar dəyəri 50 milyon avro qiymətləndirilir.
“Barselona” hazırda La Liqanın turnir cədvəlinə liderlik edir, “Atletiko” isə 4-cü yerdədir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



