Tonali Premyer Liqada qalmaq qərarı verib

“Nyukasl”ın yarımmüdafiəçisi Sandro Tonali yaxın transfer pəncərəsində İtaliya A Seriyasına qayıtmağı planlaşdırmır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 25 yaşlı futbolçu karyerasını Premyer Liqada davam etdirmək niyyətindədir.

Tonali aparıcı klubların maraq dairəsindədir və daha yüksək səviyyəli komandaya keçidə hazırlaşır. Onun gələcəyi ilə bağlı yaxın günlərdə daha çox məlumat ortaya çıxacaq.

İtaliyalı futbolçu cari mövsümdə bütün turnirlərdə 50 oyunda iştirak edib, 3 qol vurub və 7 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button