Tokio-2020: Azərbaycan güləşçisinin rəqibi bilindi

Tokio-2020 Yay Olimpiya Oyunlarında sabah güləş yarışlarında daha 3 çəki üzrə mübarizəyə start veriləcək.

Komanda.az xəbər verir ki, bu gün həmin çəkilər üzrə püşkatma mərasimi keçirilib. Yunan-Roma güləşində Azərbaycanı təmsil edən İslam Abbasov (87 kq) ilk mərhələdə kubalı Daniel Heçavarria ilə qarşılaşacaq. Abbasov bu görüşdə qalib gəlsə, 1/4 finalda Kiril Maskeviç (Belarus) – Məhəmməd Metvalli (Misir) qarşılaşmasında üstün olan güləşçiylə üz-üzə gələcək.

87 kq-ın görüşləri C xalçasında keçiriləcək. Qarşılaşmalar Bakı vaxtı ilə saat 06:30-da başlayacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button