“Tobol” Emil Balayevə görə pul ödəməyib – Açıqlama

Qazaxıstanın “Tobol” klubu Emil Balayevin transferi üçün “Səbail”ə heç bir məbləğ ödəməyib.

Komanda.az xəbər verir ki, bu barədə Qazaxıstan təmsilçisinin idman direktoru Nikolay Panin klubun saytına açıqlamasında bildirib. O, Emilin azad agent kimi komandaya qoşulduğunu deyib:

“Emil Balayevin transferi üçün klubuna 52 min avro ödədiyimiz haqda mətbuatda çıxan, “transfermarkt”da yer alan məlumatlar düzgün deyil. O, bura azad agent kimi gəlib. Transferdə Valeri Qazzayevin (komandanın baş məşqçisi Vladimir Qazzayevin atasınıı nəzərdə tutur) şəxsi nüfuzu böyük rol oynadı”.

Qazaxıstan mətbuatı “Tobol”un Balayev üçün “Səbail”ə 52 min avro ödədiyini iddia edirdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button