Tanınmış qapıçı karyerasını başa vurdu

Danimarkalı qapıçı Kasper Şmeyxel karyerasını bitirdiyini açıqlayıb.

Ən son Şotlandiya təmsilçisi “Seltik”də oynayan qolkiper mövsümün əhəmiyyətli bir hissəsini çiyin zədəsi səbəbindən buraxmışdı. Onun klubu ilə müqaviləsinin müddəti gələn ay başa çatacaqdı.

Komanda.az TV2-yə istinadən xəbər verir ki, 39 yaşlı futbolçu bu qərarının sağlamlıq səbəbləri ilə bağlı olduğunu etiraf edib:

“Çiynimlə bağlı bir neçə cərrah və mütəxəssislə məsləhətləşdim və hamısı peşəkar futbola qayıtmağı gözləməməli olduğumu dedilər”.

Şmeyxel karyerası ərzində “Mançester Siti” və bir neçə başqa klubda oynayıb, ancaq ən böyük uğurunu “Lester”lə qazanıb. O, 2015/16 mövsümündə “tülkülər”lə İngiltərə Premyer Liqasında çempionluq titulunu əldə edib.

Şmeyxel həmçinin, Danimarka millisində 120 oyun keçirib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button