
Tanınmış qapıçı “Brügge”yə keçdi
İsveçrəli qapıçı Yann Sommer “Brügge” ilə müqavilə imzalayıb.
Komanda.az xəbər verir ki, bu barədə Belçika klubunun mətbuat xidməti məlumat yayıb.
37 yaşlı qolkiper “İnter”də (İtaliya) keçirdiyi üç mövsümdən sonra azad agent statusu ilə “Brügge”yə keçib. Onun müqaviləsinin müddəti 2029-cu ilə qədər nəzərdə tutulub.
Sommer vaxtilə “Bazel” (İsveçrə), Münhenqladbax “Borussiya”sı və “Bayern” (hər ikisi Almaniya) klublarında da oynayıb. O, dörd dəfə İsveçrə, iki dəfə İtaliya, bir dəfə Almaniya çempionu olub.
Sommer İsveçrə millisində 94 matç keçirib. O, 2024-cü ilin yayında yığmadakı karyerasını başa vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



