“Sürix” oyun üslubuna görə bizə uyğun olmayan rəqibdir” – Qurbanov

“Oyun üslubuna görə bizə uyğun olmayan rəqibdir. Hər bir halda, ilk matçdan sonra bu komandanı daha yaxından tanıdıq”.

Komanda.az xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində İsveçrə “Sürix”i ilə cavab oyunu öncəsi Heydər Əliyev aeroportunda jurnalistlərə açıqlamasında deyib.

50 yaşlı mütəxəssis səfərə böyük ümidlə yollandıqlarını bildirib: “Ağıllı oyun qurmaq və yaxşı mübarizə aparmaq istəyirik. Bəzi risklərə getmək lazım olacaq. Komandanın bugünkü durumu pis deyil. Hazırlığımız yaxşı səviyyədədir. İki günümüz var. Qalan xırda elementləri bu müddətdə daha çox nəzəriyyə və taktiki-texniki hazırlıqla futbolçulara çatdıracağıq”.

İyulun 27-də keçiriləcək “Sürix” – “Qarabağ” matçına Bakı vaxtı ilə saat 21:00-da start veriləcək. İlk matçda Azərbaycan təmsilçisi 3:2 hesabı ilə qalib gəlib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button