Super Liqa klubu daha iki legioner gətirdi

“Samsunspor” heyətini iki yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, Türkiyə Super Liqasının yeni təmsilçisi Almaniyanın “Union Berlin” klubunun niderlandlı mərkəz müdafiəçisi Rik van Drongelenlə “Portu”nun sağ cinah müdafiəçisi nanunu transfer edib.

24 yaşlı Drongelenlə 3, 29 yaşlı Nanu ilə də 2+1 illik müqavilə imzalanıb.

Van Drongelen 2021-ci ildə “Union Berlin”ə transfer edilsə də, əsas komandada forma şansı qazanmayıb. O, “Mexelen”, “Hanza” (Rostok), “Sparta” (Rotterdam) və “Hamburq”da da oynayıb.

Nanu isə 2020-ci ildən oynadığı “Portu”da 21 matça çıxıb. O, son mövsümləri icarə əsasında “Dallas” və “Santa Klara”da keçirib. Nanu daha öncə “Beyra Mar”, “Qafanya”, “Maritimo” kimi klubların da formasnı geyinib. O, Qvineya Bisau yığmasında da 21 oyun keçirib, 1 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button