“Sumqayıt”la “Qəbələ” də yoxlama oyunu keçirəcək

Milli komandaların oyunları ilə əlaqədar çempionatda yaranmış fasilədən istifadə edən “Sumqayıt” Futbol Klubu yoxlama oyunu keçirəcək.

Komanda.az xəbər verir ki, Ayxan Abbasovun yetirmələri “Qəbələ” ilə qarşılaşacaq.

Sentyabrın 7-də “Sumqayıt Arena”da keçiriləcək matça saat 18:00-da start veriləcək.

Qeyd edək ki, həmin gün digər Premyer Liqa təmsilçiləri – “Zirə” ilə “Sabah” da yoxlama oyununda üz-üzə gələcək.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button