“Sumqayıt” Türkiyədən qayıtdı, Serbiyaya gedir

Azərbaycanı Avropa Konfrans Liqasında təmsil edəcək “Sumqayıt” Ankara toplanışını başa vuraraq vətənə qayıdıb.

Komanda.az xəbər verir ki, Ayxan Abbasovun çalışdırdığı kollektiv bu gün ev oyunlarını keçirdiyi stadionun köməkçi meydançasında məşqə də çıxıb.

Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Çukariçki” ilə qarşılaşacaq komanda iyulun 19-da Serbiyaya yola düşəcək. Ayxan Abbasovun yetirmələri “Metropole Collection Belgrade” otelində məskunlaşacaq.

Qeyd edək ki, “Çukariçki” – “Sumqayıt” oyunu iyulun 21-də Belqradda keçiriləcək. Cavab görüşü isə ayın 29-da Sumqayıtda baş tutacaq.