“Sumqayıt” rəsmən açıqladı: Xəyal Nəcəfov “Neftçi”də!

“Sumqayıt” yarımmüdafiəçisi Xəyal Nəcəfov ilə yollarını ayırıb.

Komanda.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə “Sumqayıt” Futbol Akademiyasının yetirməsi, 2015-ci ildən əsas komandanın şərəfini qoruyan bu futbolçunun “Neftçi”yə transfer olunduğu diqqətə çatdırılıb.

“Sumqayıt” Xəyal Nəcəfova göstərdiyi xidmətlərə görə təşəkkür edib, ona gələcək karyerasında uğurlar arzulayıb.

Qeyd edək ki, “Neftçi” hələlik bu transferi açıqlamayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button