“Sumqayıt” keçmiş məşqçisinə 3 aylıq maaşını ödəməli olacaq

Beynəlxalq İdman Arbitraj Məhkəməsi (CAS) “Sumqayıt”ın keçmiş məşqçisi Elnur Çodarovun şikayətinə müsbət cavab verib.

Komanda.az xəbər verir ki, bu barədə AFFA-nın Oyunçuların Statusu və Transferi Komitəsinin sabiq sədri Nailə Rüstəmzadə “feysbuk” hesabından paylaşım edib.

O, məşqçinin məhkəmə işini udduğunu vurğulayıb. Sumqayıt klubu Elnur Çodarovun 3 aylıq maaşını ödəmək məcburiyyətində qalacaq.

Çodarov 2021-ci ilin dekabrında “Sumqayıt”ın istefaya göndərilən məşqçilər korpusunda yer alıb. Onun “gənclik şəhəri” təmsilçisi ilə müqaviləsinin davam etməsinə baxmayaraq, rəhbərlik birtərəfli qaydada sözləşməyə xitam verib. AFFA-nın Oyunçuların Statusu və Transferi Komitəsi 2022-ci il martın 17-də onu haqlı saysa da, bununla razılaşmayan “Sumqayıt”ın şikayəti bir ay sonra AFFA-nın Apellyasiya Arbitraj Tribunalı tərəfindən təmin edilib. 

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button