Suares 250-yə çatdı

“Barselona” UEFA Çempionlar Liqasının qrup mərhələsinin ilk turunun oyunları çərçivəsində səfərdə “Borussiya” (Dortmund) ilə 0:0 hesablı bərabərliyə razılaşıb.

Komanda.az Kataloniya klubunun rəsmi saytına istinadən xəbər verir ki, bu matç Luis Suares üçün əlamətdar olub. Uruqvaylı futbolçu “Barselona”nın heyətində 250-ci oyununu keçirib. 32 yaşlı futbolçu bu oyunlarda 179 qol və 86 məhsuldar ötürməylə yadda qalıb.

2014-cü ildə “Liverpul”dan “Barselona”ya transfer olunan Suaresin katalonlarla müqaviləsi 2021-ci ilədək nəzərdə tutulub.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button