“Spartak” 1/8 finala çıxdı, Ayaz Quliyev…

Futbol üzrə Rusiya kubokunda 1/16 final mərhələsinin oyunları keçirilib.

Komanda.az xəbər verir ki, azərbaycanlı futbolçu Ayaz Quliyevin formasını geyindiyi “Spartak” da bu turnirdə növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə aşağı liqa təmsilçisi “Kamaz”la üz-üzə gəlib. Moskva təmsilçisi bu oyundan qələbə ilə ayrılıb – 2:1.

Ayaz bu görüşün iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb.

“Spartak” bu qələbə sayəsində 1/8 finala vəsiqə qazanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button