Donnarumma “şparqalka”nı cırsa da, komandasını xilas edə bilmədi

İtaliya millisi ardıcıl üçüncü dəfə dünya çempionatına vəsiqə qazana bilməyib.

Cennaro Qattuzonun rəhbərlik etdiyi komanda Bosniya və Herseqovina yığmasına penaltilər seriyasında uduzaraq DÇ-2026-dan kənarda qalıb. Qarşılaşmanın əsas və əlavə vaxtı 1:1 hesabı ilə başa çatıb, penaltilər seriyasında isə Bosniya və Herseqovina millisi daha dəqiq olub – 4:1.

Oyunun penaltilər seriyası zamanı maraqlı hadisə yaşanıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Bosniya və Herseqovina millisinin qapıçısı Nikola Vasilinin əlində italiyalı futbolçuların zərbələri ilə bağlı qeydlərin yazıldığı “şparqalka” olub. İtaliya millisinin qolkiperi Canluici Donnarumma rəqib qapıçının bu üstünlüyünü aradan qaldırmağa çalışaraq vərəqi alıb cırıb. Ancaq bu addım nəticəyə təsir etməyib – İtaliya millisi mundialdan kənarda qalıb.

DÇ-2026 11 iyun-19 iyul tarixlərində ABŞ, Kanada və Meksika olmaqla üç ölkədə keçiriləcək. Turnirə 48 komanda qatılacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button