
Spaletti ilə yeni müqavilə imzalandı
“Yuventus” baş məşqçi Luçano Spalettinin müqavilə müddətini uzadıb.
Komanda.az xəbər verir ki, bu barədə Turin təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
67 yaşlı mütəxəssisin mövsümün sonunda başa çatacaq sözləşməsi daha 2 il artırılıb.
Spaletti 2025-ci ilin oktyabrında “Yuventus”un baş məşqçisi təyin olunub. “Ağ-qaralar” A Seriyasında 31 turdan sonra 57 xal toplayıb və turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



