
Spaletti: “Bizə xarakterli futbolçular lazımdır”
“Yuventus”un baş məşqçisi Luçano Spaletti klubun gələcək transfer planları ilə bağlı fikirlərini bölüşüb.
Turin təmsilçisi başa çatan A Seriyası mövsümünü turnir cədvəlinin 6-cı pilləsində tamamlayıb və UEFA Çempionlar Liqasına vəsiqə qazana bilməyib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Spaletti, heyətə xarakterli futbolçuların cəlb olunmasının vacibliyini vurğulayıb:
“Bizə xarakterli oyunçular lazımdır. Belə futbolçular dərhal seçilir. Məsələn, Manuel Lokatelli hər top uğrunda sona qədər mübarizə aparır, Ueston Makkenni də eynidir. Komandaya məhz belə insanlar lazımdır”.
67 yaşlı çalışdırıcı yaxın vaxtlarda “Yuventus”la müqaviləsinin müddətini 2028-ci ilə qədər uzadıb. O, ötən ilin payızında komandanın baş məşqçi postunda İqor Tudoru əvəz etmişdi.
Bizi Facebook-da izləyin



