Kaqava İtaliya yolunda

Son olaraq İspaniyanın “Saraqosa” klubunda forma geyinən Şindzi Kaqava karyerasını İtaliyada davam etdirməyə yaxındır.

Komanda.az xəbər verir ki, 31 yaşlı yaponiyalı yarımmüdafiəçi ilə “Sampdoriya” klubu yaxından maraqlanır. Bu barədə İtaliya mətbuatı məlumat yayıb. Azad agent olan Kaqavanın “Sampdoriya”ya keçməyə müsbət yanaşdığı bildirilir.

Karyerası ərzində Almaniyada “Borussiya” (Dortmund), İngiltərədə “Mançester Yunayted”, Türkiyədə “Beşiktaş” kimi klublarda da forma geyinən Kaqava, oktyabr ayından azad agentdir.

Yarımmüdafiəçi Yaponiya millisində 97 oyunda 31 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button