Slot Salah haqda suala cavab vermək istəmədi

“Liverpul”un baş məşqçisi Arne Slot mövsümün son oyununda komandanın hücumçusu Məhəmməd Salahın meydana çıxıb-çıxmayacağı ilə bağlı suala cavab verməkdən imtina edib.

Komanda.az xəbər verir ki, niderlandlı mütəxəssis, BBC-yə açıqlamasında heyət seçimi barədə heç vaxt danışmadığını bildirib:

“Mən heç vaxt heyət seçimi barədə danışmıram”.

Son günlər Salahın ətrafında gərginlik artıb. Buna səbəb misirli futbolçunun “Liverpul”un oyun üslubu ilə bağlı açıqlamaları olub.

Buna baxmayaraq, Slot vəziyyəti böyütməməyə çalışıb və komandanın məqsədlərinə fokuslandığını vurğulayıb:

“Mənim üçün vacib olan hisslər deyil. Əsas məqsədimiz UEFA Çempionlar Liqasına vəsiqə qazanmaqdır. Yayda və növbəti mövsümdə komandanı inkişaf etdirməliyəm, xoşuma gələn futbolu oynatmalıyıq”.

“Liverpul” mayın 24-də evdə “Brentford”la qarşılaşacaq. Komandalar hazırda Premyer Liqada müvafiq olaraq turnir cədvəlinin 5-ci və 9-cu pillələrində qərarlaşıblar.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button