
Skaloni ilə yeni müqavilə bağlanacaq
Argentina millisinin baş məşqçisi Lionel Skaloni komandadakı gələcəyinə aydınlıq gətirməyə yaxındır.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Argentina Futbol Assosiasiyası 48 yaşlı mütəxəssislə yeni müqavilənin şərtləri üzrə şifahi razılıq əldə edib. Yeni sözləşmənin müddətinin 2031-ci ilin sonuna qədər nəzərdə tutulduğu bildirilir. Hazırkı müqavilənin müddəti isə bu ilin sonunda başa çatacaq.
Skaloni 2018-ci ilin avqustundan Argentina millisini çalışdırır. Komanda onun rəhbərliyi altında 2022-ci ildə dünya çempionu olub, həmçinin, iki dəfə Amerika kubokunun qalibi adını qazanıb.
Argentina millisi dünya çempionatının 1/16 final mərhələsində Kabo-Verde yığması ilə üz-üzə gələcək. İyulun 4-də keçiriləcək qarşılaşmanın start fiti saat 23:00-da səslənəcək.
Bizi Facebook-da izləyin



