DÇ-2026: “İspaniya millisi futbol oynamaq istəyən yeganə komanda idi”

İngiltərə millisinin sabiq hücumçusu Alan Şirer İspaniya yığmasının dünya çempionatının finalında Argentina üzərində 1:0 hesablı qələbəsini dəyərləndirib.

Komanda.az BBC-yə istinadən xəbər verir ki, o, bunun layiqli qələbə olduğunu söyləyib:

“Nəticəyə heç bir şübhə yoxdur. İspaniya millisi əvvəldən sona qədər topa nəzarət etdi və futbol oynamaq, təhlükəli epizodlar yaratmaq istəyən yeganə komanda idi. Bu, tamamilə layiqli qələbədir”.

Finalın yeganə qolunu əlavə vaxtın 106-cı dəqiqəsində Ferran Torres vurub. Argentina millisi isə Enzo Fernandesin qırmızı vərəqə almasından sonra oyunu azlıqda bitirib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button