
Simeone azarkeşlərə səsləndi
“Atletiko”nun baş məşqçisi Dieqo Simeone Belçika “Brügge”si ilə oyundan əvvəl mətbuat konfransında çıxış edib. UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab matçı bu gün keçiriləcək.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, argentinalı çalışdırcı azarkeşlərin komandanın yanında olmasını istəyib:
“Azarkeşlərin komandanın yanında olması lazımdır: bu enerji bizə əlavə güc verir. Və biz onlara eyni şəkildə – zəhmətlə, futbolla və yaxşı oyunla cavab verməliyik. Nə baş verəcəyini heç vaxt bilmirsən. Matç irəlilədikcə uyğunlaşmağı bacarmalısan”.
O, həmçinin, rəqiblərini tərifləyərək, baş məşqçi İvan Lekonun rəhbərlik etdiyi “Brügge”nin oyunçularının əzmkarlığından və cəsarətindən də danışıb.
İlk oyun 3:3 hesabı ilə başa çatıb.
Bizi Facebook-da izləyin



