“Bu cür matçlar bizi daha çətin vəziyyətə salır”

“Mançester Siti”nin yarımmüdafiəçisi Bernardo Silva “Everton”la xal itirdikləri səfər oyunundan (3:3) sonra fikirlərini bölüşüb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, portuqaliyalı futbolçu sona qədər mübarizə aparacaqlarını bildirib:

“Əlbəttə ki, həmişə olduğu kimi, sona qədər mübarizə aparacağıq. Premyer Liqada bu cür matçlar bizi daha çətin vəziyyətə salır. Amma kim bilir, futbolda hər şey ola bilər”.

“Mançester Siti” hazırda lider “Arsenal”dan 5 xal geri qalır. Pep Qvardiolanın komandasının ehtiyatda bir oyunu var.

“Şəhərlilər” növbəti turda evdə “Brentford”la, “Arsenal” isə səfərdə “Vest Hem”lə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button