
Silva 100 xal toplayan, 106 qol vuran “Mançester Siti”ni yada saldı
“Mançester Siti”nin yarımmüdafiəçisi Bernardo Silva komandanın 2017/18 mövsümündə qazandığı rekord nəticə haqda danışıb. Portuqaliyalı yarımmüdafiəçi bildirib ki, həmin mövsümdə “şəhərlilər”in göstərdiyi oyun layiqincə qiymətləndirilməyə bilər.
Komanda.az “The Athletic”-ə istinadən xəbər verir ki, Silva, həmin komandanın tarixdəki ən güclülərdən biri olduğunu deyib:
“Azarkeşlərimiz tərəfindən əlbəttə ki, bu uğurlar qiymətləndirildi. Amma düşünürəm ki, gələcəkdə insanlar geriyə baxanda bu “Mançester Siti” nəslinin İngiltərə futbol tarixinin ya ən yaxşısı, ya da, ən güclülərindən biri olduğunu anlayacaqlar.
Dövr və komandaları müqayisə etmək çətindir. Amma Premyer Liqanın səviyyəsi və dünyanın hər yerindən ən yaxşı oyunçuların bura gəlməsi nəzərə alınsa, bu komandanı ən güclülərdən biri saymamaq çətindir”.
“Mançester Siti” 2017/18 mövsümündə Premyer Liqanı 100 xalla başa vurmuş və 106 qol vurmuşdu.
Bizi Facebook-da izləyin



