Sideifzadə dünya çempionatına üç qələbə ilə başlayıb

Azərbaycanın veteran şahmatçısı Fikrət Sideifzadə İtaliyanın Assizi şəhərində keçirilən dünya çempionatının ilk üç turunda qələbə qazanıb.

Azərbaycan Şahmat Federasiyasından Komanda.az-a verilən məlumata görə, veteranlar arasında Azərbaycan çempionatının qalibi olan Sideifzadə 4-cü turda əfsanəvi gürcü şahmatçısı Nona Qaprindaşvili ilə qarşılaşacaq.

Sideifzadə ilə yanaşı daha 10 veteran şahmatçı 3 turdan sonra maksimum nəticə göstərib.

Dünya çempionatında 51 ölkədən 352 şahmatçı iştirak edir. Turnir 11 turdan ibarətdir.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button